Uelsdə ana qızının kökəlməsinə mane olmayaraq, istəmədən onun ölümünə səbəb olması ilə bağlı ittihamları etiraf edib.

 

QHT.az xəbər verir ki, 39 yaşlı Sarah Ceyn Llyoyd-Cons adlı qadın dekabrın 12-də məhkəmədə törətdiyi cinayəti etiraf edib.

 

Onun qızı Kaylea Louise Titford 2020-ci ilin oktyabrında, 16 yaşında, Uelsin Powys şəhərindəki evində ölü tapılıb.

 

Əvvəlki məhkəmədə ailənin qızlarının sağlam qida ehtiyaclarını təmin edə bilməməsi səbəbindən Kayleanın kökələrək obeziteyə düçar olmasına səbəb olduğu iddia edilmişdi.

 

"Morbid-Obesity" periodu piylənmənin ən ağır formasını təsvir etmək üçün istifadə olunur.

 

44 yaşlı ata Alan Titford yanvarda məhkəmə qarşısına çıxacaq. Ata qızının ölümünə səbəb olması ilə bağlı ittihamları rədd edir.

 

Yerli mətbuatda yayılan xəbərlərdə ata həmçinin qızının idman etməsinə əngəl olduğuna görə və gigiyenik mühit təmin etməməkdə günahlandırılır.

 

Enn Llyoyd-Consun cəzası sonrakı məhkəmə iclasında müəyyən ediləcək.