ABŞ-ın Florida ştatındakı Pompano çimərliyi yaxınlığında yanğınsöndürən helikopterin mənzilə çırpılması nəticəsində 4 nəfər xəsarət alıb.

QHT.az xəbər verir ki, yanğınsöndürən helikopter ABŞ-ın Florida ştatının Brovard qraflığında Pompano çimərliyi yaxınlığında yaşayış binasının damına düşüb. Dəhşətli qəza nəticəsində helikopterdə olan 2, mənzildə olan 2 nəfər olmaqla 4 nəfər xəsarət alıb. Hadisə yerinə çoxlu sayda ilkin tibbi yardım və yanğınsöndürənlər göndərilib, yaralılar xəstəxanaya çatdırılıb. Rəsmilər qəzanın Fort Lauderdale şəhərinin şimalındakı hava limanı yaxınlığında vertolyotun təcili çağırış üçün yola düşdüyü zaman baş verdiyini bildirib.

Sosial mediada paylaşılan görüntülərdə vertolyot havaya qalxarkən arxa tərəfdən tüstünün qalxdığı görülüb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

 

Pərvanə Fərhadqızı