Qadınlar Arasında Həmrəylik İctimai Birliyi “Qadınların Rəqəmsal İqtisadiyyata Qoşulmasına Dəstək” layihəsi çərçivəsində Ağdam rayonunda 3 günlük rəqəmsal bacarıqlar üzrə təlim həyata keçirib.

İctimai Birlikdən QHT.az- a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Tərəqqi Sosial İnkişaf İctimai birliyinin ofisində keçrilən təlim kənd yerlərində fəaliyyət göstərən qadınlar üçün nəzərdə tutulub. Təlimin əsas məqsədi qadınlara iş prosesində İnformasiya Kommunikasiya Texnologiyalarından səmərəli istifadə və elektron məzmunun tətbiqi metodikası haqqında məlumat vermək, onların bu istiqamətdə praktik bacarıqlara gücləndirməkdir. Təlim müddətində qadınlar MS Office proqramlarından istifadəni etməyi, həmçinin müxtəlif alətlərdən istifadə edərək interaktiv resurslar və video resurlar hazırlamagı göstərmək olub.

Qeyd edək ki, təlimdə Gender Regional Mərkəzinin nümayəndələri, Kəndli qadınlar Asosasiyası, Şahbulaq qadın qrupu, İmarət qadın qrupu iştirak edib.

 

 

Pərvanə Fərhadqızı