“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi “Uşaq istismarına biganə qalmayaq!” adlı layihəsinin icra planına uyğun olaraq sorğu keçirib.
“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi sədri Gülayə Səfərova mövzu ilə QHT.az- a bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib: “Sorğu insan alveri ilə, xüsusilə də uşaq əməyinin istismarı, uşaqların cinsi istismarı, onun dağıdıcı effektləri barədə, həmçinin uşaq istismarının ağır cinayət olması barədə cəmiyyətin məlumatlılıq səviyyəsini araşdırmaq məqsədilə təşkil olunub. Belə ki, avqustun 18- 19 tarixlərində Neftçala rayonunda, avqustun 21- 22 tarixlərində Şəki şəhərində, avqustun 25-28 tarixlərində isə Bakı şəhərinin Sabunçu və Suraxanı rayonlarında 300 nəfər inşaat, kənd təsərrüfatı, istixana biznesi ilə məşğul olan sahibkarlar, ev qulluğu sahəsində çalışanlar və onları işə götürənlər, o cümlədən qadınlar və gənclər arasında təşkil olunub”.
QHT sədri həmçinin bildirib ki, layihə çərçivəsində təşkilat tərəfindən hazırlanmış uşaq əməyinin istismarının uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına mənfi təsir etdiyini, uşaqların cinsi istismarı nədir? onun uşaqların sağlamlığına və psixisosial inkişafına məhvedici təsir göstərdiyini, insan hüquq və azadlıqlarına ciddi təhlükə yaratdığını, insan hüquqlarının pozduğunu, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olduğunu özündə əks etdirən 300 ədəd buklet əhali arasında paylanılıb.
Pərvanə Fərhadqızı












