Bu qərar Rusiyanın Ukraynanın Xarkovdakı ən böyük mətbəəsinə zərbələrindən sonra verilib.

QHT.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları gələn tədris ilində ukraynalı mətbəələrin ruslar tərəfindən dağıdılması səbəbindən ukraynalı tələbələr üçün üç milyondan çox dərsliyin çapını maliyyələşdirəcək. Bunu Amerika administrasiyasının yüksək vəzifəli şəxsləri deyib. Dərsliklərin çapı üçün təxminən 8 milyon dollar vəsaitin ayrılması Bayden administrasiyasının Ukraynaya Rusiya Federasiyasına qarşı mübarizədə kömək etmək üçün siyasətini gücləndirdiyi bir vaxta təsadüf edir.

Rəsmilər əlavə edib ki, tədris ili başlamazdan əvvəl Ukraynanın digər mətbəələrində 3,2 milyon dərslik hazırlanacaq. Onlar "Ukrayna üzrə təxminən 12 700 məktəbə" paylanacaq.

 

Pərvanə Fərhadqızı