“Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək”İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması” adlı layihənin icrasına başlamışdır. 


15.03.2023-cü il saat 09.00 da tarixində Ağcabədi rayonu 556 cı qəsəbədə Xocavənd    “Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması”adlı layihə çərçivəsində “Gender bərabərliyi və  Qadın hüquqları ” mövzusunda dəyirmi masa keçirildi.Tədbiri giriş sözü ilə layihə rəhbəri Ətrabə Məmmədova açdı. O layihə və donor təşkilat haqda məlumat verdi. Bildirdi ki,” Layihənin əsas məqsədi Ağdam, Ağcabədi və Bərdə rayonlarında fəaliyyət göstərən məcburi köçkün qadın icmalarının fəallarının gender hüquqları sahəsində biliklərinin inkişaf etdirməklə onların icma idarəçiliyində iştirakçılığının artırılmasına və bununla da həmin qrupdan olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılmasına nail olmaqdır”.


 Ekspert T.Dadaşov gender bərabərliyi və qadın hüquqları barədə ətraflı məlumat verdi. O gender bərabərliyinin inkişafında  yerli və beynəlxalq qanunlardan məlumat verdi.Bildirdi ki bəzən qanunlarla bağlı məlumatın azlığı gender bərabərsizliyinə gətiribçıxarır. Bu da qadınların səlahiyyətlənməsinə,inkişafına mane olur.2010 cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunu  qəbul olunub. Yerlərdə hələ də qanunla bağlı məlumat çox azdır”   


 Psixoloq A.İmanova psixoloji zorakılığın təsirlərindən danışdı .Bildirdi ki, ” Zorakılıqlar çoxdur. Amma bunların arasında insana ən acı və daha təsirli olanı psixioloji zorakılıqdır. İstər fiziki zorakılıq, istərsə də sosial zorakılıq az müddətdə keçir. Psixoloji zorakılıq isə digərlərindən fərqli olaraq qalıcı və uzunmüddətli təsirə malikdir:"Travmaların yaranmasının bilavasitə kökündə psixoloji zorakılıq dayanır”  


Sonra  müzakirələr başladı. İştirakçılar müzakirələrdə  fəal iştirak etdilər.Suallar cavablandırıldı.   
İştirakçılardan Q. Aynurə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək”İctimai Birliyinə təşəkkür etdilər.