“Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək”İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması” adlı layihənin icrasına başlamışdır.
15.03.2023-cü il saat 14.00 da tarixində Ağcabədi rayonunda Peşə liseyində Laçın icmasında “Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması”adlı layihə çərçivəsində “Ailədaxili münaqişələr və qadınlara qarşı zorakılıq” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə layihə rəhbəri Ətrabə Məmmədova açdı. O layihə və donor təşkilat haqda məlumat verdi. Bildirdi ki,” Layihənin əsas məqsədi Ağdam, Ağcabədi və Bərdə rayonlarında fəaliyyət göstərən məcburi köçkün qadın icmalarının fəallarının gender hüquqları sahəsində biliklərinin inkişaf etdirməklə onların icma idarəçiliyində iştirakçılığının artırılmasına və bununla da həmin qrupdan olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılmasına nail olmaqdır”.
Ekspert T.Dadaşov “Ailədaxili münaqişələr və qadınlara qarşı zorakılıq”mövzusunda ətraflı məlumat verdi. Daha sonra gender bərabərliyi, qadın hüquqları,məişət zorakılığına qarşısının alınması haqda qanunla bağlı müzakirələr oldu. Keçmiş məcburi köçkünlər müzakirələrdə fəal iştirak etdilər və tədbirin keçirilməsini yüksək qiymətləndirdilər.
Psixoloq A.İmanova psixoloji zorakılığın təsirlərindən danışdı .Bildirdi ki, ” Zorakılıqlar çoxdur. Amma bunların arasında insana ən acı və daha təsirli olanı psixioloji zorakılıqdır. İstər fiziki zorakılıq, istərsə də sosial zorakılıq az müddətdə keçir. Psixoloji zorakılıq isə digərlərindən fərqli olaraq qalıcı və uzunmüddətli təsirə malikdir:"Travmaların yaranmasının bilavasitə kökündə psixoloji zorakılıq dayanır”
İştirakçılardan M.Sevda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək”İctimai Birliyinə təşəkkür etdilər.












