Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanının QHT nümayəndələri bir qrup Xocalı sakini və itkin düşmüş şəxslərin ailə üzvləri ilə görüşüblər.
 
Agentliyin ofisində baş tutan görüşdə Agentliyin İcraçı direktorunun müavini Emil Çaparlı, Beynəlxalq əlaqələr üzrə məsləhətçi Toğrul Məmmədli və Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı iştirak ediblər.
Görüşün məqsədi Xocalı və Srebrenitsa soyqırımlarında yaxınlarını itirən ailələrin tanışlığı, hər iki soyqırımı və apardıqları mübarizə barədə məlumatlanmaq olub. 
 
Xocalı soyqırımının 30 illiyi günündə keçirilən görüşdə ilk olaraq soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqqəlik sükütla anılıb. 
E. Çaparlı soyqırımı faciəsində yaxınlarını itirən qonaqlara səbr diləyərək bildirilib ki, erməni separatçıları tərəfindən 7000-dən çox sakini olan Xocalı şəhəri yerlə-yeksan edilib, dinc əhaliyə qarşı qətliamlar törədiblər. O, qeyd edib ki, Xocalı soyqırımında şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuş, 1275 nəfər əsir götürülərək işgəncələrə məruz qalmış, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq hər iki valideynini itirib, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb. E. Çaparlı Xocalı soyqırımı zamanı 95 nəfərin itkin düşdüyü barədə məlumat verib. 
 
Srebrenitsa faciəsinin şahidi və qurbanı, Srebnitsa Analar Cəmiyyətinin sədri Munira Subasic Agenyliyə Xocalı faciəsinin 30 illiyi günündə onları soyqırımında əzizlərini itirən Xocalı sakinləri ilə görüşdürdüyü üçün təşəkkür edib. Srebrenitsa soyqırımında 22 nəfər ailə üzvlərimi itirən M. Subasic bildirib ki, faciədə 1402 uşaq, 570 qadın olmaqla 10770 nəfər həlak olub, 20 mindən çox qadın işgəncələrə məruz qalıb, 550 uşaq hər iki valideynini itirib. 
 
Sonra qonaqlar bir-birilərinə yaşadıqları faciə, itkin düşmüş əzizlərinin axtarışları, yaxınlarını itirdikdən sonra həyata davam etmələri barədə danışıblar, qarşılıqlı fikir mübadiləsi aparıblar. Azərbaycanlı alələr axtarışların nəticəsizliyindən, Ermənistanın əsirlərlə bağlı məlumat verməməsinin əziyyətlərindən danışıblar. Həmdərd qonaqlar bir-birilərinə təsəlli və təskinlik veriblər, bu cinayət əməllərini törədənlərin cəzalarını alacaqlarına inandıqlarını bildiriblər.
 
 Sonda Srebnitsa Analar Cəmiyyətinin sədri Munira Subasic bu sahədə təcrübələrinin olduğunu qeyd edib və əsir, itkin düşmüş şəxslərin ailələri ilə birgə aidiyyati beynəlxalq təşkilatlara müraciətin ünvanlanması barədə qərar verilib.