Azərbaycan Əfqan veteranlar cəmiyyətinin təşəbbüsü ilə Rusiya, Ukrayna, Qazaxıstan və digər MDB ölkələri Əfqan Veteranları cəmiyyəti ilə birgə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.

 

Bu barədə QHT.az-a hərbi ekspert Emin Həsənli məlumat verib.

 

Müraciətdə bir vaxtlar çiyin-çiyinə döyüşmüş veteranlar Ukraynada müharibənin dayandırılmasını xahiş ediblər.  

 

Emin həsənli bildirib ki, bir vaxtlar silah qardaşı olan insanların indi bir-birinə qarşı vuruşması çox ağır mənzərədir: “Tezliklə bu müharibəni dayandırmaq lazımdır. Biz müharibənin ağırlığını, gətirdiyi faciələri yaxşı bilirik. Ona görə də hesab edirik ki, tezliklə atəşkəs elan olunmalı və bütün problemlər masa arxasında həllini tapmalıdır”.