Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının fəaliyyəti nəinki hemofiliya, məhs qanın laxtalanma pozğunluğundan əziyyət çəkən pasientlərin müalicəsinin keyfiyyətinə nail olmaq, aidiyyəti ölkəmizin səhiyyə qurumları ilə sıx əməkdaşlıq etmək, səhiyyə sahəsində elmin son naliyyətlərinin Azərbaycanda tətbiqi ilə məşğul olmaqdır.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov QHT.az-a açıqlamasında bildirib ki, hər il ölkədaxili elmi seminarlar, beynəxalq səhiyyə konfranslar təşkil edirik, elmi nəaliyyətlər toplanılır və ölkəmizdə tətbiq edilir: “Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası qanın laxtalanma pozğunluğundan əziyyət çəkən pasientlərin müalicəsində tətbiq edilən ən son protokolun tərcüməsi ilə məşğul oldu, artıq tərcümə bitib. Yaxın günlərdə çapa veriləcək və aidiyyəti dövlət səhiyyə qurumlarına təhfil veriləcək. Bu da onu göstərir ki, pasiyentlərimiz beynəlxaq protokollarla müalicəyə başlasınlar. Bu bizim üçün önəmlidir”.

Ayaz Hüseynov həmçinin qeyd edib ki, hemofiliya irsi qan xəstəliyidir və qanın laxtalanma pozğunluğudur, bunun üçün insan həm daxili, həm də xarici şiddətli qanaxmalarla üz-üzə qalır: “Daxili qanaxma deyəndə, oynaq daxili qanaxmalardan söhbət gedir. Bunun aradan qaldırılmasında, sorulmasında ilk növbədə qan laxtalandırıcı dərman preparatları lazımdır. Qanaxmanın verdiyi fəsadları tez aradan qaldırılması və daha da şiddətlənməməsi üçün fizioterapiyanın önəmi vacibdir. Bu ilin əvvəlindən etibarən Azərbaycanın 5 regionunda fizioterapiyanın təkmilləşməsi ilə məşğul oluruq. Məqsədimiz regionlara daha çox diqqət ayıraq, orada yaşayan pasiyentlər Bakıya gəlmədən yaxınlıqdakı xəstəxanalarda müalicələrini ala bilsinlər”.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Hemofiliya Fondunun dəstəyi ilə bu layihəni həyata keçirir. Layihənin qəbul olunması üçün 2 il işlər görülüb. Lənkəran rayon Mərkəzi Xəstəxanasında Fizioterapevtik kabinetlər var idi, daha da təkmilləşdi. Füzuli rayon Mərkəzi Xəstəxanasında sıfırdan fizioterapevtik kabinetlər yaradıldı. Qarabağ zonasında olan rayonlardakı, qonşu rayonlarda yaşayan hemofiliyadan əziyyət çəkən pasiyentlər də həmin kabinetlərdən yararlana biləcəklərini söyləyən sədr bildirib ki, 9 iyun tarixində Göyçay rayon Mərkəzi Xəstəxanasında belə kabinetlər təkmilləşdirildi, açılışı oldu: “Burada da ətraf rayonlardakı pasiyentlər bu kabinetlərdən istifadə edə biləcəklər. İlin sonuna kimi Zaqatala və Qubada da belə kabinetlərin təkmilləşdirilməsini planlaşdırırıq. Bu pasiyentlərin növbəsini azaldacaq, ağır xəstəliklərin verdiyi fəsadlar aradan qaldırılacaq, əlilliyin qarşısı alınacaq”.

Yaratdılan kabinetlər Dövlət Səhiyyə Qrumlarının dəstəyi ilə həyata keçirilir. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası həm İcbari Tibbi Sığorta üzrə dövlət Agentliyi, həm Səhiyyə Nazirliyə, həm də TƏBİB-lə sıx əməkdaşlıqdadır. Bunların vətəndaşlara çox böyük faydası var. Əməkdaşlıqların daha da genişlənəcəyi bildirildi : “Bu dəqiqə dünyanın səhiyyəsi fizioterapiya və reabilitasiyanın üzərində dayanıb. Reabilitasiya dedikdə yəni əzələlərin bərkidilməsi, bərpası çox vacib məsələdir. Bu kabinetlərdə həm fizioterapiyanın qəbulu, elektrostimulyasiya, həm də reabilitasiya həyata keçirilir. Bizim pasiyentlərimiz üçün əzələlərin  bərk olması çox vacibdir, çünki əzələlər nə qədər bərk olsa qansızmaların şiddəti də azalacaq. Doktorların nəzarəti altında idman hərəkətlərinin edilməsi göstəriləcək, paralel qanaxmaların soruması üçün fizioterapiya tətbiq ediləcək. Kabenetlərlə bərabər, doktorların təkmilləşməsi üzərində də çalışırıq”.

Məlumat üçün bildirək ki, 17 aprel Dünya Hemofiliya Günündə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Dövlət Səhiyyə Qurumları ilə bərabər 310 nəfərlik regionlardan gələn doktorlar üçün böyük bir elmi konfrans keçirildi, multidissiplinar yanaşmadan bəhs edildi. Regionlardan gələn doktorların bilik səviyyəsinin məhs bu sahədə artırılması üçün işlər gedir. Çünki hemofiliya nadir genetik xəstəlikdir və bu sahədə daima təcrübə mübadiləsi mütləq vacibdir.

 

 

Pərvanə Fərhadqızı