“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov uzun illərdir bu təşkilata rəhbərlik edir. Mütəmadi olaraq aktual mövzulara həsr olunmuş layihələrlə gündəmə gələn “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin icra etdiyi belə layihələrdən biri də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilmiş “Azərbaycan həqiqətləri Fransa mətbuatında” layihəsidir. “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi bu layihə çərçivəsində Fransalı jurnalist, yazıçı, Beynəlxalq Reyn Təşkilatının prezidenti, qadın və uşaq hüquqaları müdafiəçisi Jerar Kardonu Azərbaycana dəvət etmişdir. 2017-ci ildə reallaşdırılan bu layihə çərçivəsində Fransalı qonaq Füzuli rayonunun Alxanlı kəndində olmuş, erməni hərbçiləri tərəfindən qətlə yetirilmiş 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın məzarını ziyarət etmişdir. Səfər zamanı qonağa Azərbaycan həqiqətlərindən, Azərbaycanın milli-mənəvi dəyərlərindən, adət-ənənələrindən bəhs olunmuşdur.
Jerar Kardon ictimaiyyət nümayəndələri görüş əsnasında qeyd edib ki, ölkəmizə səfərinin məqsədi buranın mədəniyyəti, adət-ənənələri ilə tanış olmaqla yanaşı, Azərbaycan qadınları haqqında kitab yazmaq arzusudur. Qonaq bildirib ki, qadınlarla bağlı belə bir layihəni dünyanın bir sıra ölkələrində gerçəkləşdirib. Bu layihədə məqsəd hər hansı bir ölkəni qadınlar vasitəsilə təqdim etməkdir.












