1982-ci ildə bu vulkanın püskürməsi qlobal temperaturun müvəqqəti olaraq aşağı düşməsinə səbəb oldu.
QHT.az xəbər verir ki, 2025-ci ilin sonlarında Meksika Milli Muxtar Universitetinin alimləri El Çiçon vulkanı krater gölündə aktivləşmə əlamətləri qeydə alıblar. Ölçmələr zamanı gölün səth temperaturunun 118°C-yə çatdığı müşahidə edilib. Suda içi boş kükürd kürələrinin əmələ gəlməsi qazların dibdən səthə doğru qalxdığını göstərir. Gölün rənginin yaşılımtıldan bozumtula dəyişməsi sulfat və silisium konsentrasiyalarının artması ilə izah olunur. Analizlər xlorid səviyyəsində dalğalanmalar, eləcə də hidrogen sulfid və karbon qazı tullantılarının artdığını ortaya qoyub.
Mütəxəssislərə görə, bu proseslər yeraltı hidrotermal aktivliyin gücləndiyini göstərir. Seysmik aktivlik hələlik zəif və dayazdır, maqmanın yüksəlməsi əlaməti yoxdur. Buna baxmayaraq, vulkan sarı xəbərdarlıq səviyyəsində saxlanılır və qəfil buxar partlayışları riski istisna edilmir.
R.İmanov












