Egey dənizində Yunanıstan Sahil Mühafizəsinə məxsus gəmi ilə miqrant qayığı toqquşub. Hadisə nəticəsində Xios adası yaxınlığında 15 nəfərin cəsədi tapılıb. 11 uşaq və iki sahil mühafizəçisi də daxil olmaqla 25 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

QHT.az xəbər verir ki, məlumata görə, qayıqda təxminən 30–35 nəfər olub. Yunanıstan Sahil Mühafizəsi Türkiyədən Xios adasına gedən qayığı saxlamaga çalışarkən hələlik məlum olmayan səbəbdən toqquşma baş verib. Axtarış-xilasetmə əməliyyatı davam etdirilib.

Yunanıstan rəsmiləri bildirir ki, miqrant qaçaqmalçıları qayıqları patrul gəmisinə doğru yönəldib və nəticədə qəza baş verib.