11 fevral 2026-cı il tarixində Yeni Klinika Tibb Mərkəzində 11 Fevral - Ümumdünya Xəstələr Günü münasibətilə TƏBİB və Pasiyent Təşkilatları İttifaqının birgə əməkdaşlığı çərçivəsində “Bir ümidə işıq ol” adlı tədbir keçiriləcək.
QHT.az xəbər verir ki, bu barədə məlumatı Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri Ayaz Hüseynov bildirib. Onun sözlərinə görə, tədbirdə leykoz (leykemiya), hemofiliya, şəkərli diabet və vərəm xəstəlikləri haqqında məlumat veriləcək:
"Canlı nümunələr əsasında pasiyentlərin müalicə prosesi, həmçinin xəstəliyin ağır olmasına baxmayaraq onunla mübarizə və qalib gəlmə yolları müzakirə olunacaq".












