Yataq böcəklərinin yayılması təkcə Parisdəki otellər və evlərdə deyil, həm də Fransaya qonşu olan ölkələrə təsir edən qlobal milli problem səviyyəsinə çatıb. Belçika, London və digər ölkələrdə bununla bağlı narahatlıq ifadə edilib.
QHT.az xəbər verir ki, parazitlərdən qorumaq və arzuolunmaz “qonaqlarla” Avropada maraqlı səyahət xatirələrini korlamamağın yolları haqqında səyahət eksperti Susan Righetti Slate məlumat verib. O, bildirib ki, yataq böcəkləri çamadanınıza, çantanıza tullana və ya paltarlarınızın arasında gizlənə bilər və bu yolla evinizə gələ bilər: “Bunun qarşısını almaq olar. Oteldə qaldığınız müddətdə çamadanınızı vanna otağında saxlamağı məsləhət görürəm. Bu, yataq böcəklərinə qarşı mübarizənin ən təsirli üsuludur. Yataq böcəkləri hamar səthlərə qalxa bilmədiklərinə görə heç vaxt vannaya girə bilməyəcəklər. Deməli, səyahət zamanı qalmağı planlaşdırdığınız otağa giririk və çamadanınızı tez vanna otağına sürükləyirik. Bundan sonra otağımızda parazitlərin olub olmadığını diqqətlə yoxlayırıq. Diqqətinizin əsası döşək, yataq dəsti və otaqdakı bütün mebellər üzərindədir. Heç bir yataq böcəyi tapılmazsa, baqajı "gizlənən yerdən" çıxara və əşyalarınızı çıxara bilərsiniz”.
Pərvanə Fərhadqızı












