Alimlər insanlarda psixi pozğunluqların sayı ilə ərazidəki quşların müxtəlifliyi arasında birbaşa qanunauyğunluq tapıblar.

QHT.az xəbər veri ki, tədqiqat biomüxtəliflik böhranı ilə insanların psixi vəziyyəti arasında mürəkkəb əlaqəni sübut edib. Məsələn, tədqiqatçılar qrupu ABŞ-ın Miçiqan ştatında onlayn quş müşahidəsi verilənlər bazasından alınan məlumatları təhlil edərək, ştatda narahatlıq və psixi pozğunluqlar səbəbindən xəstəxanaya yerləşdirilmə statistikası ilə müqayisə edib. Quş növlərində müxtəlifliyin az olması psixi xəstəliklər səbəbiylə xəstəxanaya yerləşdirilmələrin artmasının mühüm göstəricisidir. Tədqiqatçılar yaşıl məkanın insan psixikasının sabitliyi üçün kritik əhəmiyyətə malik olduğunu vurğulayıblar. İndi aydın olub ki, psixi sağlamlıq və quş müxtəlifliyi arasında müstəqil “əhəmiyyətli əlaqələr” də mövcuddur.

 

Pərvanə Fərhadqızı