İzmirin Seferihisar rayonu sahillərində Sığacık dənizində sərnişinlərin olduğu tur gəmisində yanğın baş verib.

QHT.az xəbər verir ki, qayığın mətbəx hissəsində yanğın baş verib. Təşviş içində olan 40-a yaxın sərnişin özlərini dənizə atıblar. Bu arada yaxınlıqda olan digər qayıq sahibləri də alovla mübarizə aparmağa gəliblər. Dənizə tullanan kişi sərnişinlər daha sonra gəmiyə minərək ekipajla birlikdə alovu idarə edərək yanğını söndürüblər. Soyutma işləri qayıq sahibi və ekipaj üzvləri ilə yanaşı, kişi sərnişinlərin də iştirakı ilə həyata keçirilib.

Dənizin ortasında çaxnaşma anları ətrafdakı qayıqlarda olan bir vətəndaş tərəfindən cib telefonu ilə lentə alınıb. Görüntülərdə yanğına ətrafdakı qayıqlarla müdaxilə edildiyi və sərnişinlərin dənizdə olduğu görünür. Qayığa və sərnişinlərin şəxsi əşyalarına maddi ziyan dəydiyi öyrənilib.

 

https://www.hurriyet.com.tr/gundem/izmirde-tur-teknesinde-korku-dolu-anlar-yolcular-denize-atlayarak-canini-kurtardi-42311423

 

Pərvanə Fərhadqızı