Avstraliyanın şərqindəki Viktoriya ştatı üzərində evlərin titrəməsinə səbəb olan güclü gurultu ilə müşayiət olunan parlaq işıq şüası görünüb.

QHT.az xəbər verir ki, ekspertlər bunun sürtünmə nəticəsində yanan, yüksək sürətlə atmosferə çırpılan kosmik tullantılar olduğunu irəli sürüblər. Avstraliya Kosmik Agentliyi bunun kosmos zibil olduğunu təsdiqlədi və ehtimal ki, Moskvanın şimalındakı Plesetsk kosmik mərkəzindən buraxılan Rusiyanın Soyuz raketinin qalıqları olduğunu irəli sürüb. 105 ton ağırlığında və 25 metr uzunluğunda olan bu raket yeni qlobal naviqasiya peykini orbitə çıxarıb.

Bir çox Melburn sakini raketin səmada uçduğunu, parçalara ayrıldığını və hər birinin heyrətamiz atəşfəşanlıqda yanmağa davam etdiyini görüb.

 

Pərvanə Fərhadqızı