Türkiyədə axtarış-xilasetmə işlərinə qatılan və vəzifəsini yerinə yetirdikdən sonra ölkələrinə qayıdan Alman qrupu Türkiyədəki ağrıları alman mətbuatına danışıb. Könüllü Patrik Kaminski "Əməliyyat çox gərgin keçdi. Cənnətlə cəhənnəm heç vaxt bir-birinə bu qədər yaxın olmamışdı" dedi.
Mərkəzi Kahramanmaraş olan və 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyə və dünya zəlzələ qurbanlarının yaralarını sarmaq üçün səfərbər olub.
QHT.az xəbər verir ki, dünyanın hər yerindən Türkiyəyə yardım axını davam edərkən, axtarış-xilasetmə işləri üçün ölkəmizə gələn əcnəbi qrupların bir qismi öz ölkələrinə qayıdıb. Bu qruplardan biri də Almaniyadan gələn axtarış-xilasetmə qrupu idi.
Qeyd edək ki, Türkiyənin çətin günlərində köməyə tələsən mütəxəssislər Almaniyaya qayıdan zaman onları Frankfurt hava limanında Türkiyənin Frankfurt baş konsulu Erdem Tunçer və Türkiyə vətəndaşları əllərində gül-çiçəklə qarşılayıblar.












