Bu gün Bakıda Dövlət Miqrasiya Xidmətinin təşkil etdiyi və Beynəlxalq Miqrasiya Təşkilatının, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Mərkəzi Asiya regionunda qaçqınların müdafiəsi və beynəlxalq miqrasiya üzrə regional məşvərətçi statusa malik Almatı Prosesinin iştirakçı və müşahidəçi ölkələrinin miqrasiya üzrə aidiyyatı qurumlarının nümayəndələrinin iştirakı ilə Texniki Ekspertlər Qrupunun görüşü keçirilməkdədir.
QHT.az xəbər verir ki, tədbirdə DMX yanında İctimai Şuranın sədri Ramil İskəndərli də iştirak edir. Ramil iskəndərlinin sözlərinə görə, yüksək səviyyədə təşkil olunan görüşdə region ölkələri olan Azərbaycan, Qazaxstan, Qırgızstan, Tacikistan, Türkiyə, İran, Pakistan və Özbəkistan nümayəndələri öz ölkərində miqrasiya trendləri və növləri, datanın toplanması və işlənilməsi sahəsində təcrübələri ilə bölüşmüşlər. Ramil İskəndərli görüş iştirakçılarına DMX yanında İctimai Şuranın miqrasiya proseslərində rolu, funksiyası və gördüyü işlər barədə iştirakçılara məlumat verib.
Tədbir müzakirələrlə davam edir.
Pərvanə Fərhadqızı












