Bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuraya üzvlərin seçkilərinə dair səsvermə prosesi vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin iştirakı ilə keçirilir.

QHT.az xəbər verir ki, ANAMA yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi prosesi 2023-cü il 22 iyun taxində başlayıb və 24 iyul tarixində qeyd olunmuş proses başa çatıb. Nəticədə on vətəndaş cəmiyyəti təmsilçisinin İctimai Şurada təmsil olunmaq üçün namizədliyi təsdiq olunub.

Qeyd edək ki, İctimai Şuraya seçkilərdə iştirak etmək üçün vətəndaş cəmiyyəti institutlarından 138 nümayəndənin sənədləri qəbul olunub. Seçkilər zamanı təmsilçilərdən yalnız 7 namizəd seçiləcəkdir.

 

Pərvanə Fərhadqızı