İqlim dəyişikliyinin uşaqların sağlamlığına təsiri ilə bağlı yeni araşdırmanın nəticələri açıqlanıb. Tədqiqata görə, dünyada təxminən 560 milyon uşaq hər il əlavə istilik stressinə məruz qalır.

 

QHT.az xarici mediaya istinadən bildirir ki, məlumata əsasən, uşaqlar digər yaş qrupları ilə müqayisədə daha yüksək istilik yükü ilə üzləşirlər. Araşdırmada onların əlavə istilik stressinə məruz qalmasının yaşlı insanların müəyyən qrupları ilə müqayisədə təxminən üç dəfə çox olduğu bildirilib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, həddindən artıq isti hava orqanizmin temperaturu tənzimləməsini çətinləşdirir. Bu vəziyyət xüsusilə uşaqlarda istivurma, böyrək problemləri və ağciyərlərlə bağlı fəsadların riskini artıra bilər.

Araşdırmanın nəticələri iqlim dəyişikliyinin yalnız ekoloji deyil, eyni zamanda ciddi ictimai sağlamlıq problemi olduğunu bir daha göstərir.