İkinci dərəcəli təhlükələr, xüsusən də sürüşmə təhlükəsi var.

QHT.az xəbər verir ki, İndoneziyanın Sumatra sahillərində 6,6 bal gücündə zəlzələ baş verib və sunami təhlükəsi elan olunmayıb. Zəlzələnin episentri Simeulue adası yaxınlığında, 16 km dərinlikdə yerləşib və qısa müddət sonra 4,8 bal gücündə afterşok qeydə alınıb.

Hazırda tələfat və ciddi dağıntılar barədə məlumat yoxdur, USGS “yaşıl” xəbərdarlıq verərək risklərin az olduğunu bildirib. Ölkə eyni zamanda mövsümi leysan yağışların yaratdığı daşqın və sürüşmələrlə mübarizə aparır. Aceh bölgəsində 46 minə yaxın sakin təsirlənib, minlərlə insan evakuasiya olunub. Sumatrada torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 17 nəfərin öldüyü bildirilir.

 

R.İmanov