İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli ölkədə onkoloji xəstəliklərin son illərdə kəskin artdığını bildirib.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, yaxın çevrəsində belə xeyli sayda insan bu ağır diaqnozla üzləşib və xəstəlik ailələr üçün həm psixoloji, həm də maliyyə baxımından ağır yükə çevrilir:
"Qeyd edəcəyim statistika son 10 ildə onkoloji xəstələrin sayının statistik göstəricisidir. Mütəxssis olmaqdığım üçün bu artımın səbəblərinə toxunmaq istəmirəm, lakin rəqəmlər çox ağır vəziyyətin göstəricisidir, belə ki, son 10 ildə bu xəstələrin sayı 3 dəfədən çox artıb. Düşünürəm bu statistika tam reallığı da əks etdirmir. Belə ki bəzi hallard belə xəstələr xaricdə müalicəyə üstünlük verillər ki. bu da statistikanın daha real olmamasına təsir edir. Bu ağır xəstəliynən mübarizədə bəzən 20-30 min manatdan çox vəsait tələb olunur. Bu da əlbətdə ki. əksər ailələrin büdcəsinə uyğun deyil. Bu gün bu xəstəliklərin tibbi sığorta paketinə daxil edilməsi sosial zərurətdir. Bəlkə də bu. xəstəliyin erkən stadiyasında və artmamasına ciddi təsir göstərə bilər. İnsanlarımıza bu sahədə dövlətimizin ciddi dəstəyinə ehtiyacı var.
2005 — 23,088;
2010 — 28,052;
2015 — 40,653;
2017 — 45,756;
2018 — 48,685;
2019 — 52,718;
2020 — 54,403;
2023 — 69,435;
2024 — 73,875
Bu rəqəmlərə ilk dəfə diaqnoz təyin edilən insanların sayı daxil deyil".












