Yerli əfsanələrə görə, ağac daha yaxşı yer axtarmaq üçün ildə 20 metrə qədər sürətlə səyahət edir.

QHT.az xəbər verir ki, Socratea rhizomena adlı tropik xurma ağacı haqqında yerli əfsanələr onun ildə 20 metrə qədər “gəzdiyini” iddia etsə də, elm bu fikri təsdiqləmir. Bu ağacın gövdəsi torpaqdan birbaşa deyil, yuxarıya doğru qalxan konusvari kök salxımından başlayır və bu quruluş ona dayaq funksiyası verir. Ona görə də xurma ilk baxışda “ayaqları olan” və hərəkət edən bir varlıq təsiri bağışlayır.

Alimlər bildirirlər ki, bu xüsusi kök sistemi yalnız ağır və qeyri-sabit torpaqlarda ağacın dik qalması və sürətlə böyüməsi üçün formalaşıb. Heç bir tədqiqat Socratea rhizomena ağacının həqiqətən yerini dəyişə bilmədiyini açıq şəkildə göstərir.

 

R.İmanov