“İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi 1000 respondent arasında İslam bankçılığına dair sorğu keçirib.
QHT.az xəbər verir ki, İctimai Birliyin sədri Ruslan Atakişiyevin sözlərinə görə, əldə olunan nəticələr həm müsbət ictimai marağın, həm də müəyyən praktiki çətinliklərin mövcud olduğunu göstərir:
"Sorğunun əsas məqsədlərindən biri respondentlərin İslam bankçılığı haqqında anlayış və məlumat səviyyəsini qiymətləndirmək idi. Nəticələr göstərir ki, ictimaiyyətin İslam bankçılığına olan müsbət münasibəti və gözləntiləri kifayət qədər yüksəkdir.
Məsələn:
• Respondentlərin əksəriyyəti hesab edir ki, İslam bankları şəffaf iqtisadiyyatı, real sektoru və KOB-ları dəstəkləyir.
• Hər 5 respondentin 4-ü düşünür ki, dövlət İslam banklarının yaradılmasını təmin etməlidir.
• Eyni zamanda respondentlər qeyd edir ki, İslam banklarının fəaliyyəti digər banklarda faizlərin azalmasına və istehsalın təşviqinə səbəb olur".
QHT sədri bildirib ki, bununla belə, maraqlı bir məqam:
45,6% respondent hesab edir ki, İslam banklarından kredit almaq, ənənəvi banklarla müqayisədə daha çətindir. Bu nəticələr İslam maliyyəsinin inkişafında həm ictimai marağın, həm də praktiki çətinliklərin paralel mövcud olduğunu göstərir.












