Telegram Rusiyada baş verən hadisələrə görə fasilələrlə işləyir.

İstifadəçilər mesajların və media fayllarının yüklənməsinin həmişəkindən daha uzun sürməsindən şikayətlənirlər.

QHT.az xəbər verir ki, audio və video mesajlarla bağlı bəzi problemlər də var. Telegram-ın işində problemlər messencerin həm mobil, həm də masaüstü versiyalarında müşahidə olunur.

Qeyd edək ki, Rusiya Federasiyasında baş verən hər şeyi yayımlayan əsas məlumat mənbəyi məhz Telegramdır.

 

Pərvanə Fərhadqızı