ABŞ- da hovuzda xlor sızması səbəbindən 12 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
QHT.az xəbər verir ki, hadisə iyunun 24-də Amerikanın Texas ştatının Hyuston şəhərində yerli vaxtla saat 17:00 radələrində baş verib. İlkin məlumatlara görə, ölənlər arasında uşaqlar da var. Buna səbəb hovuzun həddindən artıq xlorlanması ola bilər. Hazırda sızmanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Bundan başqa Novokuznetskdə altısı uşaq olmaqla, 10 nəfər şəhər sağlamlıq-əyləncə kompleksinin hovuzunda xlordan zəhərlənib. Hadisə ilə əlaqədar hovuzun fəaliyyəti 60 gün müddətinə dayandırılıb.
Pərvanə Fərhadqızı












