“Milli-mənəvi, ailə dəyərlərinin təbliği, əhalinin, xüsusilə yeniyetmə və gənclərin müxtəlif mövzular ətrafında məlumatlılıq səviyyəsinin daha da artırılması ilə əlaqədar “Ailə kiçik bir dövlətdir! Ailələrimizi qoruyaq!”, “Uşaq evliliyinə YOX DE!”, “Gender bərabərliyi ana bətnindən başlayır! Uşaqların doğulanadək cins seçimi-gender əsaslı zorakılıqdır!” mövzusunda 3 elektron poster cari ilin ilk yarımilliyi ərzində Bakı Metropoliteninə məxsus olan reklam lövhələrində və monitorlarda yerləşdirilib”. – bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Fariz Əkbərov QHT.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, bu posterlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə əməkdaşlığın davamı olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb.
Qeyd edək ki, Bakı Metropoliteninə reklam vermək istəyənlərin müraciətlərinə baxılır. Normativ sənədlər hazırlanır. Bütün işlər tamamlandıqdan sonra, reklam verən şirkətlə birbaşa "Bakı Metropoliteni" QSC arasında müqavilə imzalanmaqla reklam xidməti göstərilir.
Pərvanə Fərhadqızı












