“Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Autizm   sindromundan əziyyət çəkən uşaqlarin və onlarin valideynlərinin  psixoloji  reabilitasiyasina dəstək” layihəsinin  icrasina start  verib.
Bu barədə QHT.az-a ictimai birliyin sədri Lamiyə Kərimova bildirib.

Təşkilat sədrinin sözlərinə görə layihənin məqsədi    Autizm sindromundan əziyyət cəkən uşaqların və onların valideynlərinin psixoloji  reabilitasiyasina dəstək göstərmək, bu uşaqların cəmiyyətə  inteqrasiyasi  və təhsil imkanlarinin artırılmasına yardim göstərilməsi, eləcə də  autizm sindromu haqqında ictimaiyyətin məlumatlandırılmasıdır.
 

“Sosial xidmət sifarişi çərçivəsində Bakı şəhərində 20 nəfər 18 yaşadək sağlamlıq imkanları məhdud autizm sindromu olan uşağa  psixo-sosial reabilitasiya xidmətlərinin, defektoloji və psixoloji yardımın göstərilməsi, sosial-psixoloji reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi üzrə kompleks sosial xidmətlərin göstərilməsi nəzərdə tutulur.”

 

Layihənin həyata keçirilməsi və fəaliyyətinin effektivliyinin təmin edilməsi istiqamətində zəruri texniki-təşkilatı məsələlərin həll edilməsi prosesi iyulun 1-dən başlayıb.

L. Kərimova qeyd edib ki, uşaqların seçilməsi üçün autizm sindromundan əziyyət çəkən uşaqların problemləri ilə məşğul olan müvafiq qurumlar və Autizm sindromundan əziyyət çəkən   uşaqların valideynləri  təşkilata  müraciət edə bilərlər.
 

“Uşaqların seçimi zamanı az təminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, şəhid və Qarabağ müharibəsi veteranları ailələrinin uşaqlarına, həmçinin indiyədək reabilitasiya kursu  keçməyən uşaqlara üstünlük veriləcək.

Layihənin  keçiriləcəyi  ünvan:  Bakı ş. Yasamal rayonu, Zahid Xəlilov kuc. 48a 
Əlaqə: (+994 50) 244 80 04.