“Qızıl mədənlərinin tullantılarını Söyüdlü ərazisindəki ekoloji sistemin pozulmasına olan təsirlərindən, kənd təsərrüfatı və maldarlıqla məşğul olan vətəndaşların maddi ehtiyaclarına ziyan dəyməsindən, ərazilərinin hasara alınmasından, qızıl ixracı ilə məşğul olan şirkətin süni göl yaratması ilə bağlı etirazları haqlı idi”

Bu sözləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, eko sistemin belə korlanması halları dünyanın heç yerində müşayət olunmayıb: “Xalqa qarşı belə aqressiv münasibət baş verməməli idi. Mən hesab edirəm ki, burada həbs olunanların, cərimələnən şəxslərin hesabı qapanmalıdır”.

 

Pərvanə Fərhadqızı