Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən iyul ayının 20 –də Şirvan şəhərində səyyar-görüş keçirilib.
QHT.az xəbər verir ki, görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alınaraq, araşdırılması və müvafiq tədbirlər görülməsi barədə aidiyyəti üzrə tapşırıqlar verilib. Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla Millət vəkili İltizam Yusifov da iştirak edib. Bu barədə Millət vəkili İltizam Yusifov məlumat verib. O, qeyd edib ki, Füzuli parkında keçirilən görüşdə şəhərdə fəaliyyət göstərən aidiyyatı qurumların rəhbərləri də iştirak ediblər: “Müraciətlər oldu, dinlədik və icrası üçün qeydiyyata götürülüb”.
Qeyd edək ki, sakinlər keçirilən səyyar qəbul-görüşlərdən razı qalıb, təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.
Pərvanə Fərhadqızı












