Avstraliya hökuməti Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması və Fələstin əhalisinə dəstəyin artırılması məqsədilə əlavə maliyyə paketi açıqlayıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, iyulun 21-də elan edilən paket çərçivəsində Qəzzanın bərpası və Fələstin Muxtariyyətinin institusional imkanlarının gücləndirilməsi üçün təxminən 25 milyon Avstraliya dolları vəsait ayrılıb.
Maliyyənin bir hissəsinin beynəlxalq humanitar QHT-lər və digər yardım təşkilatları vasitəsilə çatdırılması nəzərdə tutulur. Vəsaitin əsas istiqamətlərindən biri Qəzzada mülki əhaliyə humanitar yardımın göstərilməsi və əsas ehtiyacların qarşılanmasıdır.
Avstraliyanın bu addımı Qəzzada davam edən humanitar böhran fonunda beynəlxalq yardım səylərinə verdiyi dəstəyin artırılması kimi qiymətləndirilir. Yardımların bölgədəki insanların ərzaq, səhiyyə və digər təməl ehtiyaclarının qarşılanmasına yönəldilməsi gözlənilir.












