Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

QHT.az xəbər verir ki,  tədbirdə giriş sözü çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva bildirib ki “Əsl şəxsiyyətlər təkcə yaşadığı dövrdə deyil, dünyadan köçdükdən sonra da öz izlərini saxlaya bilənlərdir. Azərbaycan Respublikasının Ali Baş Komandanı, ölkə başçısı, Şuşa Fatehi İlham Əliyev isə Zərifə Əliyevanın xalqımıza bəxş etdiyi ən böyük və ən əvəzsiz dəyərdir.


​Zərifə Əliyeva mərhəməti və qayğısı ilə böyümüş lider, indi minlərlə Azərbaycanlı ananın xeyir-duası ilə öz missiyasını müvəffəqiyyətlə həyata keçirməkdədir”