Laçın yolunun girişində, Ermənistanla sərhəddə, Həkəri körpüsünün yanında Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd-buraxılış məntəqəsi qurması ilə bağlı rus sülhməramlı kontingentin komandanı Andrey Volkov azərbaycanlı rəsmilərlə danışıqları ötən gün də davam etdirib.
QHT.az Axar.az -a istinadən xəbər verir ki, belə bir iddianı erməni mediası yayıb.
Bildirilib ki, vəzifəsini yaxın müddətdə tərk edəcəyinə baxmayaraq (Andrey Volkovun artıq Rusiya müdafiə nazirinin müşaviri general-polkovnik Aleksandr Lentsovla əvəzlənəcəyi haqda rəsmi mənbələrə istinadla məlumat yayılıb - red.), Volkov azərbaycanlılar və ermənilərlə ayrı-ayrılıqda 3 gün danışıqlar aparıb. Lakin heç bir nəticə olmayıb:
“Əksinə, Azərbaycan artıq Laçın yolunun girişinə “Diqqət, siz Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz” lövhəsini də qoyub”.












