"Türk Dövlətləri Təşkilatının formalaşmasında Azərbaycanın və QHT-lərinin xüsusi rolu var. Azərbaycan QHT-ləri TDT çərçivəsində əməkdaşlıq modellərinin yaradılmasında lokomotiv rolunu oynayır". 

QHT.az xəbər verir ki, bu sözləri “Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyinin sədri İlqar Hüseynli qeyd edib. Onun sözlərinə görə, Özbəkistan və Qazaxıstan QHT-ləri ilə birgə keçirilən forumlar institusional platformanın əsasını formalaşdırıb:

"Bu əməkdaşlıq regional münasibətlərin möhkəmləndirilməsinə mühüm töhfə verir. QHT-lərin fəal iştirakı həm təşkilatın işini gücləndirir, həm də Azərbaycanın geosiyasi mövqelərini daha da möhkəmləndirir".