Hüquq və İnsan Haqları İnstitutu dekabrın 4-də hüquq ictimaiyyəti üçün xüsusi əhəmiyyət daşıyan maarifləndirici təlim keçirib.

QHT.az xəbər verir ki, “Mülkiyyət hüququnun müdafiəsi və Avropa İnsan Hüquqları Konvensiyası kontekstində mülkiyyət hüquqları” mövzusuna həsr olunan tədbir ali təhsil müəssisələrinin hüquq fakültələrində təhsil alan tələbələri və hüquqşünasları bir araya gətirib. Ümumilikdə 17 iştirakçı mülkiyyət hüquqlarının beynəlxalq standartlar çərçivəsində tətbiqi və müdafiəsi barədə bilik əldə etmək imkanı qazanıb.