Böyük Britaniya hökumətinin Sülh, Sabitlik və Təhlükəsizlik Fondunun dəstəyi ilə həyata keçirilən “NextGen” Bərpa Həlləri və İnsan Mobilliyi layihəsi çərçivəsində, BMT-nin İnkişaf Proqramı Azərbaycan ANAMA-nın əməliyyat imkanlarının artırılması məqsədilə Minaaxtaran İtlər (MDD) komponentinin bütün aspektlərinin müstəqil qiymətləndirilməsini həyata keçirib.

QHT.az xəbər verir ki, MDD eksperti təlimlərin tərtibatı, texniki xidmət, habelə akkreditasiya sahələri də daxil olmaqla bir neçə aspektə nəzər yetirib. ANAMA-nın əməliyyat potensialının daha da inkişaf etdirilməsi məqsədilə MDD üzrə təlim metodları və cədvəllər, eləcə də işçilərin texniki bacarıqları, MDD müalicə və baytarlıq xidmətinin səviyyəsi dəyərləndirilib. BMTİP Mina Təmizləmə Proqramı çərçivəsində əsas prioritetlərdən biri kimi MDD potensialının təkmilləşdirilməsi məqsədilə ANAMA-ya texniki dəstək göstərməyə davam edir.

 

Pərvanə Fərhadqızı