“Vaqif Xaçaturyan barədə birinci instansiya məhkəməsi tərəfindən 15 il cəza verilməsi ilə bağlı hökm verildi. Amma o hələ qüvvəyə minməyib. Bununla belə hökm qüvvəyə mindiyi halda ona nə əfv tətbiq edilə bilməz nə də ona şamil olunan maddələrə amnistiya aktı tətbiq edilə bilməz. Xaçatruyan iki qrup müharibə cinayəti törətməkdə ittiham olunur. Soyqırım (CM 103) və deportasiya (insanlıq əleyhinə cinayət-CM 107). Bu maddələrə amnistiya aktının tətbiqi praktikasi yoxdur. Həmçinin Azərbaycanda bununla bağlı ayrıca qanun var”.
QHT.az xəbər verir ki, bu sözləri Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib. QHT sədri qeyd edib ki, doğrudur əfv müstəsna səlahiyyətdir, amma dünya paraktikasında belə cinayətlər üçün tətbiq halı yoxdur: “24 fevral 1994-cü il tarixində qüvvəyə minmiş 793 nömrəli “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunuda göstərilir ki, “1990-cı il yanvarın 19—20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunması qadağan edilsin".
Pərvanə Fərhadqızı












