Dinc, sakit, haqlı və arqumentləşdirilmiş. On iki gündür Azərbaycanın vətəndaş cəmiyyəti fəalları və sıravi insanlar Laçın koridorunda, Şuşa-Xankəndi yolunda “ekoterrora son” tələbi ilə məhz bu standartla aksiya keçirir. Aksiyaçılar nə rusiyalı sülhməramlılara, nə də Beynəlxaql Qızıl Xaçın ərazidən Xankəndinə humanitar yardım aparan avtomobillərinə maneə yaradır. 

 

Üstəlik ərazidən təcili tibbi yardım maşınlarının da hərəkəti maneəsizdir. Çünki aksiya hərbi yox, humanitar məqsədlidir. Yəni hərb müstəvisindən kənar, silah dili ilə danışmada, eko-terrora qarşı anti-terror tədbiri keçirir azərbaycanlılar.  

 

Ancaq BMT başda olmaqla, bir neçə təşkilatda Ermənistan və şəbəkəsi yünə şüvən salır. Çünki Azərbaycanın Qərb bölgəsindəki təbii sərvət yataqlarının erməni iş adamları və Ermənistanın digər havadarları tərəfindən talanmasının isbatlanmasının nəticələrinin ağır olacağını dəqiq bilirlər. Odur ki, hanaısa terroe və ya mandat məsələsini gündəmə gətirməyə ümidlidirlər. 

 

Ancaq Azərbaycan təmkinlə öz ərazisindəki talanın dayandırılmasını və ekoloji terrora son qoyulmasını istəyir. Arzulayırlar ki, dünya otuz yaşlı bu ədalətsizliyi nəhayət görsün. Bölgədə ekoloji fəlakətlər törədilir.

 

 Azərbaycan ərazilərində qanunsuz və icazəsiz yolla dövlət sərvəti talan olunur. Bu qanunsuzluq, beynəlxalq müstəviyə daşına biləcək cinayət hərəkədir. Bundan başqa talanan sərvətlərdən əldə edilən böyük məbləğdə”qara pullar” Azərbaycan əleyhinə dünyanın müxtəlif qurumlarında rüşvət və korrupsiya yolu ilə sərf olunur. 

 

 Məsələn, Avroparlament kimi nüfuzlu təşkilatda aşkarlanan “Ermənistan dostları” qrupuyla bağlı məlumatlar vbelə düşünməyə əsas verir. əqsəd təkcə Azərbaycanı gözdən salacaq işlər görmək deyil, həm də Azərbaycanın görmək istədiyi işlərə sədd çəkməkdir.

 

 Məsələn, Avroparlamentdə erməni milyonçular, saxladıqları deputat qrupu ilə Azərbaycana qarşı sənədlər qəbul edir. Bununla Avropa ittifaqı-Azərbaycan münasibətlərində sərinlik yaratmağa çalışırlar.

 

 Avroparlamentdəki korrupsiya qalmaqalından sonra üzə çıxan bu faktı təkcə Azərbaycan demir, həm də Avropa özü təsdiqləyir. 

 

İndi əminliklə demək olar ki, əslində Ermənistan Azərbaycana təkcə Qarabağda, hərb müstəvisində yox, həm də dünyada, beynəlxalq münasibətlərdə uduzub. Onun beynəlxalq təşkilatlarda çirkli pullarının necə yuyulması, Qarabağa, Ermənistana sıravi vətəndaşlara dünya ermənilərinin yolladığı maddi yardımların necə və kimlər tərəfindən mənimsənilməsi faktlarının aşkar olması, indi prossesi Ermənistanın özünə qarşı çevirib. 

 

Azərbaycanın isə beynəlxalq təşkilatlarda yüni zirvələr fəth edir və edəcək. Çünki artıq sirr deyil, Avropa İttifaqı-Azərbaycan, YUNESCO-Azərbaycan münasibətlərində, hətta Avropaittifaqı-Türkiyə münasibətlərində belə erməni li var idi. 

 

Odur ki, indi Azərbaycan ictimai fəalı, vətəndaşı həm də bu məsələlərin gündəm olunmasının birbaşa iştirakçısındır. O, silahla deyil, sözlə və humanizmlə hərəkət edir. Bu, Azərbaycan vətəndaşının Ermənistanın ekoterroruna qarşı, çox uğurla başlatdığı anti-terror tədbiridir. 

 

Jalə Mütəllimova 

23.12.2022.