Hava şəraitinin soyuq olmasına baxmayaraq, Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası nikbin ruhda davam edir.

 

 

 

QHT.az xəbər verir ki, İctimai TV əməkdaşı, Qarabağ müharibəsi ​ veteranı ​ Şöhrət Eyvazov artıq 5 gündür fasiləsiz olaraq aksiyanı işıqlandırır.

 

 

 

Həmkarımız Ş.Eyvazov bildirdi ki, sosial şəbəkə hesabımızda ekoetirazçıların Xankəndi – Laçın yolundan- hadisənin mərkəzindən çəkilişlərimiz fasiləsiz və bir ​ başa ​ ​ ​ yayımlanır:”Baxış sayından və sosial istifadəçi rəylərindən anlamaq olur ki,​ Azərbaycan ictimaiyyətin nəinki gözü bu ərazilərdədi, hətta ürəyi də bizimlədir.

 

 

 

 Azərbaycan ordusunun​ ekoetirazçıların təhlükəsizliyini diqqətlə qoruması, aksiyadakı ​ iştirakçıların həmrəyliyi, sanki bir ailənin üzvləri kimi ​ bir –birinə qarşı qayğı göstərməsi, vətənpərvər soydaşlarımızın​ onları zəriri​ ehtiyaclarının(yemək, isti çay, şirniyyat, qalın geyim, iynə-dərman) ​ ödəməsi izləyicilərin diqqətindən yayınmayıb.

 

 

 

Bəli, 5 gündür .Azərbaycan mediası ​ nəinki öz soydaşlarımıza , eyni zamanda bütün dünyaya sübut edir ki, Xankəndi- Laçın yolunda baş tutan​ etiraz aksiyası​ ermənilərin dünyaya sırımaq istədiyi böhtan və yalanlarla heç bir əlaqəsi yoxdu. ​ Ermənistan rəsmilərinin, eləcə də Qarabağdakı separatçı qurumun “Azərbaycan​ Qarabağ ermənilərinə təzyiq göstərir” ​ yalanlarını tirajlasa da, çəkilən videolar ​ bunun əksini göstərir. ​ 

 

 

 

Fikrimizdə yanılmadığımızın sübutu da odur ki, You-Tube səhifəmizdə birbaşa –canlı paylaşılan​ videoların rəy bölümündə tək azərbaycanlılar yox, bir çox xalqların nümayəndələri rəy bildirir. 

 

 

 

Azərbaycan gerçəkliklərini heç bir şərh, təbliğat aparılmadan verilməsi xarici ölkələrinin vətəndaşlarında əməlli-başlı ​ fikir dəyişikliyi yaradıb. Nə vaxtsa erməni yalanlarına​ uyub, Azərbaycana qarşı fikir səsləndirənlər hazırda etiraf edirlər ki, onlar Azərbaycanın haqq mübarizəsini düzgün qiymətləndirə bilməyiblər. 

 

 

 

Bütün dünya 5 gündür ​ görür ki,​ Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası​ dinc aksiydır və haqlı bir prosesdir. 

 

 

 

Bu gün xeyli ​ sayda başqa ​ ölkələrin ​ nümayəndələrinin​ hadisələr haqqında düzgün şərh verməsi birbaşa Azərbaycan mediasının Ermənistan mediası üzərində qələbəsi​ də deməkdir”.

 

 

 

Qeyd edək ki, bunadək ekofəallar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə yerləşən “Qızılbulaq” və “Dəmirli” yataqlarının qanunsuz istifadəsinin qarşısının alınmasını və həmin yataqlarda monitorinqlərin aparılmasını tələb edirdilər. ​

 

 

 

Əntiqə Rəşid