Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin üç Komitəsinin rəhbərliyinin rəyi əsasında tanınmış iqtisadçı ekspert Samir Əliyev növbəti dəfə Yerli Özünüidarəyə Dair Avropa Xartiyasının Müstəqil Ekspert Qrupuna tam hüquqlu üzv (Full Member of the Group of Independent Experts on the European Charter of Local Self-Government for Azerbaijan) seçilib.

QHT.az xəbər verir ki, bu barədə məlumat konqresin baş katibi Mathieu Morinin rəsmi məktubunda yer alıb. Məktubda Samir Əliyev bundan sonra daha 5 il müddətinə (2023-2028) Ekspert Qrupunda Azərbaycanı təmsil edəcəyi, həmçinin Avropa Xartiyasının ölkəmizdə tətbiqi səviyyəsini qiymətləndirəcəyi qeyd olunub.

 

 

Pərvanə Fərhadqızı