Əlil Təşkilatları İttifaqı tərəfindən icra edilən “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsinin fəaliyyət planına uyğun olaraq ikinci qrup üçün təlimlərə başlanılmışdır.

Təlimçilər Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İsgəndərli, Əlil Təşkilatları İttifaqının Proqram və Layihə Departamentinin müdüri Telman Yolçiyev və Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli idi.

Məlumat üçün bildirək ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsi Əlil Təşkilatları İttifaqı tərəfindən icra edilir.

 

 

Pərvanə Fərhadqızı