Azpost.info-nun təsisçi və baş redaktoru Xaqani Səfəroğlu, sosial şəbəkə hesabında 5 illik uğurlu fəaliyyətlərini qeyd edərək, saytın davamlı oxucularına təşəkkürünü bildirib. Bu müddət ərzində jurnalist etikasına və peşəkarlıq prinsiplərinə sadiq qalmağa çalışdıqlarını vurğulayan Səfəroğlu, MEDİA Agentliyinin Azpost.info-ya verdiyi dəstəyi xüsusi qeyd edib.
Azpost.info-nun ölkədə peşəkar media bazarının formalaşacağına ümidini ifadə edən Səfəroğlu, qarşıda reallaşdırmağı planlaşdırdıqları çoxlu layihələrinin olduğunu bildirib.
QHT.az olaraq, Azpost.info komandasını bu uğurlu fəaliyyətləri münasibətilə təbrik edir və gələcəkdə də yeni, maraqlı və rəngarəng yazılarla oxucularını sevindirməyi arzulayırıq!












