Bu il ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan şəhid övladlarını təbrik edirik! Onlar öz zəhmətləri və əzmkarlıqları ilə təkcə ailələrinə deyil, bütün millətimizə qürur bəxş ediblər. Şəhidlərimizin övladları, valideynlərinin göstərdiyi qəhrəmanlıqları unutmadan, yeni bir mərhələyə qədəm qoyurlar. Onlar öz uğurları ilə valideyinlərinin əziz xatirəsini yaşadır, həm də gələcəyimizin daha parlaq olmasına töhfə verirlər.
QHT.az xəbər verir ki, ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyi bu il ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan şəhid övladlarının adlarını açıqlayıb.
- Şəhid general-mayor Polad Həşimovun oğlu Davud Həşimov - “Purdue” Universiteti (ABŞ)
- Şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun oğlu Əlibəy Abdurahmanov - “Charles” Universiteti (Çexiya)
- Şəhid baş gizir Ramil Yusifovun oğlu Ramiz Yusifov - “Bayburt” Universiteti (Türkiyə)
- Şəhid baş gizir Ramil Yusifovun oğlu Cəmal Yusifov - “Bayburt” Universiteti (Türkiyə)
- Şəhid mayor Tofiq Kərimovun oğlu Fərid Kərimov - “Ankara Yıldırım Beyazıt” Universiteti (Türkiyə)
- Şəhid mayor Rasim Məmmədovun oğlu Asim Məmmədov - “Fenerbahçe” Universiteti (Türkiyə)
- Şəhid polkovnik Vüqar Yusifovun qızı Ayan Yusifzadə - Tibb Universiteti (Müalicə işi)
- Şəhid polkovnik-leytenant Soltan Məmmədovun qızı Ləman Məmmədova - Xəzər Universiteti (Filologiya)
- Şəhid polkovnik-leytenant Elzamin Təhməzovun qızı Aysu Elzamin - Tibb Universiteti (Müalicə işi)
- Şəhid polkovnik-leytenant Ramiz Cəfərovun qızı Nərgiz Cəfərova - Xəzər Universiteti (Biznesin idarə edilməsi)
- Şəhid polkovnik-leytenant Həmdəm Ağayevin qızı Aysu Ağazadə - Azərbaycan Kooperasiya Universiteti (Marketinq)
- Şəhid mayor Rüfət Əsgərovun oğlu Xansuvar Əsgərli - Azərbaycan Memarlıq və İnşaat Universiteti (Marketinq)
- Şəhid mayor Fəqan Xudaverdiyevin oğlu Elcan Xudaverdiyev - Bakı Dövlət Universiteti (Ekologiya)
- Şəhid mayor Ramil Ağayevin qızı Aysun Ağazadə - Azərbaycan Dövlət İqtisad Universiteti (Qida mühəndisliyi)
- Şəhid mayor Elnur Əliyevin oğlu Elvin Əlizadə - Turizm və Menecment Universiteti (Beynəlxalq münasibətlər)
- Şəhid baş leytenant Mətləb Cəfərovun oğlu Sübhan Cəfərli - ADA Universiteti (Elektronika mühəndisliyi)
- Şəhid baş leytenant Rüstəm Rüstəmovun qızı Fatimə Rüstəmova - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (Qida mühəndisliyi)
- Şəhid gizir Cəlal Ağayevin qızı Nazənin Ağayeva - Odlar Yurdu Universiteti (Filologiya)
- Şəhid çavuş İmran Məmmədlinin oğlu Vüsal Məmmədli - Azərbaycan Dövlət İqtisad Universiteti (Dövlət və bələdiyyə idarəetməsi)
- Şəhid leytenant Vüsal Məhərrəmovun oğlu Nicat Məhərrəmov - Azərbaycan Dillər Universiteti (Regionşünaslıq – Qafqaz üzrə)
- Mülki şəhid Həsən Məmmədovun qızı Pərizad Məmmədova - Xəzər Universiteti (Kimya və biologiya müəllimliyi)
- Şəhid gizir Emil Əhmədovun oğlu Tofiq Əhmədov - Azərbaycan Texniki Universiteti (Elektrik və elektronika mühəndisliyi)
- Şəhid gizir Mayis Səmədovun qızı Məleykə Səmədova - Bakı Dövlət Universiteti (Dövlət və ictimai münasibətlər)
- Şəhid gizir Hüseyn Qasımovun oğlu Ağa Qasımov - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (Sərbəst güləş üzrə məşqçi)
- Şəhid kiçik çavuş Bəhruz İbrahimovun oğlu Fariz İbrahimov - Qərbi Kaspi Universiteti (Politologiya)
Bu gənclərin hər biri bizə təkcə akademik nailiyyətləri ilə deyil, həm də iradələri, vətənpərvərlik ruhu ilə nümunədir. Onların qazandıqları uğurlar şəhidlərimizin müqəddəs xatirəsinə həsr olunmuş bir töhfədir. Gələcək təhsil və peşə yollarında onlara uğurlar arzulayır, həmişə uğur və xoşbəxtlik içində olmaqlarını diləyirik. Vətənimizin dəyərli övladları, sizi ürəkdən təbrik edirik!
Pərvanə Fərhadqızı
QHT.az












