Azərbaycan üzərindən daha çox yükün keçməsi vacibdir, amma həmin yükdən ölkə daxilində nə qədər gəlir qalması da az əhəmiyyət daşımır.
Tranzit imkanlarımızı anbar, emal, sığorta və digər xidmətlərlə tamamlaya bilsək, həm sahibkarlarımız qazanacaq, həm də yeni iş yerləri yaranacaq. Əks halda, potensialımızın yalnız bir hissəsindən istifadə etmiş olarıq.
Asiya ölkələri ilə rəqəmsal bağlantı və yaşıl enerji sahəsində əməkdaşlığa da bu baxımdan yanaşıram. Bu layihələr yerli biznesə sifariş, iqtisadiyyata texnologiya və əlavə ixrac gəliri gətirməlidir.
Hesab edirəm ki, Azərbaycanın qarşısındakı əsas vəzifə yaranmış siyasi etimadı konkret iqtisadi layihələrə çevirməkdir. Bunun üçün rəqabətli daşıma tarifləri, sərhəddə vaxt itkisinin azalması və sahibkarlar üçün aydın şərtlər vacibdir. İnvestor üçün məsafə ilə yanaşı, vaxt və xərc də həlledicidir.
CICA çərçivəsində genişlənən əlaqələrin nəticəsini gələcəkdə məhz bu göstəricilərlə qiymətləndirmək daha doğru olar.
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, İqtisadçı Eyyub Kərimli












