Kahramanmaraşda baş verən və Suriyada da hiss olunan zəlzələ ilə əlaqədar Banqladeşdə bir günlük milli matəm elan edilib. Banqladeş də Türkiyədə axtarış-xilasetmə işlərinə qoşulmaq üçün bir qrup göndərir.
QHT.az xəbər verir ki, Kahramanmaraşda baş verən və Suriyada dağıntılara səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyə və Suriya dünyadan dəstək almağa davam edir. Banqladeş hökuməti Türkiyə və Suriyada həyatını itirənlər üçün milli matəm günü elan edib.
Banqladeşdə sabah üçün milli matəm elan edildikdən sonra dövlət və təhsil müəssisələrində, özəl qurumlarda və xarici nümayəndəliklərdə Banqladeş bayraqları yarıya qədər endiriləcək. Digər tərəfdən Banqladeşdə cümə namazında Türkiyə üçün dualar ediləcək.












