Polşanın daxili işlər naziri Mariuş Kaminski bildirib ki, Belarusda polşalı jurnalistin 8 illik həbs cəzası ilə əlaqədar sabah Belarusla sərhəd keçid məntəqəsi bağlı olacaq.
QHT.az xəbər verir ki, Polşanın daxili işlər naziri Kaminski Belarus administrasiyası ilə əlaqəsi olan daha çox adamın sanksiyalar siyahısına daxil edilməsi barədə göstəriş verdiyini bildirib.
Polşanın şimal-şərqindəki Bobrownikidəki Polşa-Belarus sərhəd-keçid məntəqəsinin sabahdan etibarən “dövlət təhlükəsizliyi” səbəbilə bağlanılacağını bildirən Kaminski, “Belarusda yaşayan polyaklara qarşı repressiyalara görə məsuliyyət daşıyan daha çox adama göstərişlər verdim ki, onlara təkliflər hazırlasınlar.” ifadəsini işlətdi.
Polşa əsilli belaruslu fəal və jurnalist Anjey Poçzobut Belarusun milli təhlükəsizliyinə zərər vuran hərəkətləri təbliğ etmək, nasizmi bərpa etmək cəhdi və etnik ədavəti qızışdırmaq ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.












