Bolqarıstan bayraqları yarıya endirilib
QHT.az xəbər verir ki, Bolqarıstanda Türkiyə və Suriya ilə həmrəylik məqsədilə bayraqlar yarıya endirilib.
Bolqarıstanda baş nazir Gilib Donevin göstərişi ilə Türkiyə və Suriyada baş verən “əsrin fəlakəti” zəlzələləri ilə əlaqədar ictimai binalardakı bayraqlar yarıya endirilib.
Bu arada paytaxt Sofiyada yeganə olan Banya Başi məscidində Türkiyə və Suriyada baş verən zəlzələdə həlak olanların xatirəsinə ehtiram oxunub. Türkiyənin Sofiyadakı səfirliyinin müşaviri Mutafa Kara Bolqarıstana qonşu Türkiyəyə göstərdiyi köməyə görə təşəkkür edib.
Bolqarıstan əsrin fəlakətindən sonra Türkiyəyə yardım edən ilk Avropa Birliyi ölkələrindən biri oldu.












