Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili çətin anlarda Türkiyənin köməyini hər zaman hiss etdiklərini ifadə edərək, “Biz türk xalqının yanındayıq və bu çətin günlərdə kömək etməyə hazırıq”. dedi.

QHT.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Papuaşvili Türkiyənin Tbilisidəki səfirliyində Kahramanmaraşda 10 əyalətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra açılan başsağlığı kitabını imzalayıb.

Burada jurnalistlərə açıqlama verən Papuaşvili türk xalqı ilə həmrəy olduqlarını vurğulayaraq, “Türk xalqının yanındayıq və bu çətin günlərdə kömək etməyə hazırıq” deyib.

Türkiyədəki fəlakət bölgəsinə göndəriləcək yardımları parlamentdə toplamağa başladıqlarını qeyd edən Papuaşvili, “Gürcüstan çətin anlarda həmişə Türkiyənin köməyini hiss edib. Türk dostlarımızı dəstəkləmək dostluğumuzun bir hissəsidir”. ifadələrdən istifadə etmişdir.

Papuaşvili Gürcüstandan göndərilən axtarış-xilasetmə qruplarının Türkiyədə işlədiyini də bildirib.